یاخشی، یامان

ساخت وبلاگ

یاخشی، یامان

Yaxşı, Yaman

بیر آرزوم وار، آی آدام‌لار، قؤیون دئییم،

Bir arzum var, ay adamlar, qoyun deyim,

ساغلیغیندا قیمت وئرین اینسان‌لارا،

Sağlığında qiymət verin insanlara,

یاخشی‌لارا ساغلیغیندا یاخشی دئیین،

Yaxşılara sağlığında yaxşı deyin,

ساغلیغیندا یامان دئیین یامان‌لارا.

Sağlığında yaman deyin yamanlara

یالنیز، یالنیز ساغ اولاندا،

Yalnız, yalnız sağ olanda,

هر کس اصل قیمتینی بیلر اوندا،

Hər kəs əsl qiymətini bilər onda,

بو سؤزلریم دوز اولماسا تهمت إدین.

Bu sözlərim düz olmasa töhmət edin.

سیزدن ریجا إله‌ییرم میلیون کره

Sizdən rica eləyirəm milyon kərə,

شاعیرلره ساغلیغیندا حورمت إدین.

Şairlərə sağIığında hörmət edin,

ساغلیغیندا هیکل قورون أؤلمزلره ...

Sağlığında heykəl qoyun ölməzlərə..

گلجه‌یه چؤخ دا اومید باغلامایین،

Gələcəyə çox da ümid bağlamayın,

سؤزونوزو سؤنرالارا ساخلامایین،

Sözünüzü sonralara saxlamayın.

زهلم گئدیر سؤنرالاردان،

Zəhləm gedir sonralardan,

واخسیز دینن زورنالاردان،

Vaxtsız dinən zurnalardan,

بؤش‌بوغازدان، آوارادان،

Boşboğazdan, avaradan,

طوی‌دان سؤنرا ناغارادان.

Toydan sonra nağaradan.

سلغلیغیندا سئودیرین تمیزلری،

SağIığında sevindirin təmizləri,

سیز حایاتدا بو آماللا آددیملایین.

Siz hayatda bu amalla addımlayın.

ساغلیغدا ایفشا إدین خبیث‌لری،

Sağlığında ifşa edin xəbisləri,

ساتقین‌لارا ساغلیغین‌دا ساتقین دئیین،

Satqınlara sağlığında satqın deyin,

تولکو دئیین تولکولره، آصلان دئیین آصلان‌لارا،

Tülkü deyin tülkülərə, aslan deyin aslanlara

ساغلیغیندا قیمت وئرین اینسانلارا ....

Sağlığında qiymət verin insanlara..

هر کس بیلسین ئوز یئرینی نئجه ساغ‌دیر،

Hər kəs bilsin öz yerini necə sağdır,

بو، پیس‌لرین حیاتینی قیسالتمادیر،

Bu, pislərin həyatını qisaltmaqdır,

یاخشی‌لارین حیاتینی اوزاتمادیر ...

Yaxşıların həyatını uzatmaqdır..

بو نه‌دندیر ئولن کیمی،

Bu nədəndir ölən kimi,

قلبیمیزده آدام‌لارا سئوگی، حورمت آشیب-داشیر.

qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.

ئولن کیمی یاخشی‌لاردا یاخشی‌لاشیر،

Ölən kimi yaxşılar da yaxşılaşır,

یامان‌لاردا یاخشی‌لاشیر ...

Yamanlar da yaxşılaşır..

چیرکین‌لرده تمیز أولور ئولن کیمی ....

Çirkinlər də təmiz olur ölən kimi...

یادلار بئله عزیز أولور ئولن کیمی ....

Yadlar belə əziz olur ölən kimi...

خاطیره‌لر سؤیلییریک، نِکرولوق‌لار قؤللاییریق،

Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,

هامی‌سینی اوجدان‌توتما یاخشی دئییب أؤ دونیایا یؤللاییریق.

Hamisini ucdantutma yaxşı deyib o dünyaya yollayırıq

بو گئجیکمیش خئیر-دوعا کیمه گرک؟

Bu gecikmiş xeyir-dua kimə gərək?

بوندان مزار بویویه‌جکلیون گیزلی ،

Bundan məzar böyüyəcək,

یا ئولن‌می دیریله‌جک؟

ya ölənmi diriləcək?

خؤشوم گلیر

Xoşum gəlmir

بو کؤهنلمیش عادت‌لردن،

bu köhnəlmiş adətlərdən,

خؤشوم گلیر ...

xoşum gəlmir..

بو سردابا سئوگی‌لردن،

Bu sərdaba sevgilərdən,

حورمت‌لردن خؤشوم گلیر.

hörmətlərdən xoșum gəlmir.

ایسته‌میرم واخت-وعده‌سیز شوهرتی من،

İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,

بیر آن عمرو میلیون قیزیل ئولوم گله،

Bir an ömrü milyon qizıl ölüm gələ,

دییشمرم.

dəyişmərəm.

دیری اوچون اینه بویدا حورمتی من

Diri üçün iynə boyda hörməti mən

ئولو اوچون مین هیکله دییشمرم ...

Ölü üçün min heykələ dəyişmərəm..

دوز دیمه‌سم، أوندا منی باغیشلاین.

Düz deməsəm, onda məni bağışlayın

ئوز توتورام اوشاق‌لارا

Üz tutaram uşaqlara

قوجالارا، جاوان‌لارا،

qocalara, cavanlara,

ساغلیغیندا قیمت وئرین اینسانلارا،

Sağlığında qiymət verin insanlara,

یاخشیلارا ساغلیغیندا یاخشی دئیین،

Yaxşılara sağ olanda yaxşı deyin,

ساغلیغیندا یامان دئیین یامانلارا.

Sağlığında yaman deyin yamanlara..

Qaynaq:

Instagram.com/ali.mosayyebi_-drtin ;lsy 9/_Cabir Novruz negmeli_dunyam

فارس الفباسینا چئویرن: علی واعظی

مدرسه تاریخ...
ما را در سایت مدرسه تاریخ دنبال می کنید

برچسب : نویسنده : ayazghic بازدید : 24 تاريخ : جمعه 13 بهمن 1402 ساعت: 0:28